Dünya

İngilis polisi bu hadisəyə görə 34 il sonra üzr istədi

1 Fevral 2023 22:37
Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Polis Akademiyası və Milli Polis Rəhbərləri Şurası 34 il sonra "Hillsboro faciəsi"nə görə üzr istəyib.

Milli.Az "CNN Türk" kanalına istinadən xəbər verir ki, İngiltərə Polis Akademiyasının baş direktoru Endi Marş 1989-cu ildə Hillsboroda törədilən faciə ilə bağlı açıqlama verib:

"Polis Hillsboro faciəsində itkin düşənlərə görə məyusdur. Bu qədər səhv hərəkət etdiyimiz üçün üzr istəyirik. Həmin gün baş verən faciənin əsas səbəbi polis qüvvələri olub".

Xatırladaq ki, 1989-cu il aprelin 15-də İngiltərədə "Nottingem Forest" və "Liverpul" klubları arasında keçirilən Federasiya Kubokunun yarımfinal matçından əvvəl Hillsboro stadionunda izdiham baş vermiş, 97 nəfər həlak olmuş, 766 nəfər yaralanmışdı.

2017-ci ildə dərc edilən "Hillsborough Families Report"da bu fəlakətin polis səhvləri nəticəsində baş verdiyi bildirilib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.