Dünya

Mariupolda partlayışlar olub

1 Fevral 2023 08:30
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk vilayətinin zəbt edilən Mariupol şəhərində hava həyəcanı təbili zamanı partlayışlar olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andrüşşenko teleqramda yazıb.

"Güclü atışma səsləri bütün şəhərə yayılıb. Azı yeddi gur partlayışlar olub. Levoberejnı (rayon, şəhərin inzibati-ərazi vahidi - red.). Açıq-aşkar Vinoqradnoye və Pionerskoye kəndləri arasında zərbə idi. Rusların HHM-lərinin aktiv fəaliyyətinə dair məlumatlar daxil olur. Təbliğatın (Rusiyanın - red.) qeyri-rəsmi qrupları standart "PUA hücumları" və "bütün hədəflər vurulub" barədə hesabat verirlər. Arzuolunanı həqiqət kimi təqdim edirlər. Gülümsəyirik və yaxşı "partlayış" xəbərlər gözləyirik", - müşavir teleqramda qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.