Dünya

Masaj salonunda dava - VİDEO

31 Yanvar 2023 16:20
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Ufada 38 yaşlı yerli sakin masaj salonunun administratoruna hücum edərək videoya düşüb.

Milli.Az bildirir ki, video "Mash Batash" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda qəzəbli kapüşonlu kişinin salon əməkdaşına arxadan yaxınlaşaraq onun üzünü masaya vurması, sonra isə onu kənara atması əks olunub. Bundan sonra kişi masanın üstündən telefonu götürüb getməyə hazırlaşıb, lakin salonun başqa bir əməkdaşı təcavüzkarı saxlamağa çalışsa da, o, onu itələyərək qapıdan çıxıb.

Qeyd olunub ki, müttəhim küçədə yoldan keçənə hücum edərək onun telefonunu oğurlayıb. Tezliklə rusiyalı saxlanılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.