Dünya

Uşağın davranışından şübhələnib evə kamera qoydular - Baxan kimi polisə getdilər - VİDEO

31 Yanvar 2023 13:42
Baxış: 2 870

Türkiyənin İstanbul şəhərində Özgül və Engin Koşar cütlüyü evdə təhsil alan 6 yaşlı autizmli uşaqlarının son zamanlardakı davranışından şübhələnərək otağına gizli kamera yerləşdiriblər.

Milli.Az big.az-a istinadən bildirir ki, görüntüləri izləyən valideynlər oğullarının klinik psixoloq İ.A. tərəfindən qəddarcasına döyüldüyünü görüblər.

Uşağın fiziki və psixoloji şiddət gördüyünü anlayan valideynlər polisə şikayət ediblər.

Qeyd edək ki, 4 uşaqlı Koşar ailəsinin ən kiçiyi olan 6 yaşlı Mustafaya 2 yaşında autizm diaqnozu qoyulub. Məlumata görə, sözügedən psixoloq bir il yarımdır ki, uşaqla evdə məşğul olaraq təlim keçir.

Onun uşağın üstünə qışqırıb ağzına vurduğu görünən kadrları təqdim edirik:

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics