Dünya

Bu ölkədə ictimai nəqliyyat işçiləri tətilə başladılar: Reyslər təxirə salındı - FOTO

20 Yanvar 2023 18:51
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat işçiləri ölkə daxilində ikigünlük tətilə başlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dövlət Dəmir Yolları (NS) işçiləri tətilə qatılmayıblar. Tətildə bir çox regional qatar, avtobus, tramvay və digər ictimai nəqliyyat işçiləri iştirak edirlər.

Tətil səbəbindən regional qatar və avtobus nəqliyyatında gecikmələr yaşanıb, bir çox reyslər ləğv edilib.

Tramvay nəqliyyatının dayandığı Utrext şəhərində avtobusların hərəkətində ciddi gecikmələr yaranıb.

İctimai nəqliyyat şirkətləri onlara təklif olunan səkkiz faiz artımın qeyri-kafi olduğunu, bunun 14 faizə çatdırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.