Dünya

Ukraynadakı müharibədə 7 mindən çox dinc sakin həlak olub

16 Yanvar 2023 23:39
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın genişmiqyaslı hücumu başlayandan Ukraynada 7 mindən çox dinc sakin həlak olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi daha 11 327 nəfərin yaralandığını bildirib. 2023-cü ilin əvvəlindən 104 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.