Dünya

İran müdafiə nazirinin sabiq müavini edam olundu

14 Yanvar 2023 09:37
Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Milli.Az bildirir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

İranın Məhkəmə Sistemi açıqlamasında bildirib ki, Ə.Əkbəri İran-Britaniya ikili vətəndaşlığı olub. O Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. O casusluq edərək İngiltərə hökumətindən bir milyon 805 min avro, 265.000 ingilis funtu və 50.000 ABŞ dolları maaş alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.