Dünya

Ermənistanda müxalifətə qarşı proses başladı

12 Yanvar 2023 08:00
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşnaksütyunun Qəmərli rayonundakı (Artaşat) yerli təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Artavazd Marqaryan polis tərəfindən saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, polis Marqaryanı 72 saatlıq saxlayıb:

"İnanmayacaqsınız, amma Markaryanı yalnız telefonu olduğuna görə saxlayıblar".

Qeyd edək ki, yanvarın 11-də parlamentdəki "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan Ararat bölgəsində və İrəvanda Daşnaksütyunun bir sıra üzvlərinin evlərində axtarışlar aparıldığı haqda məlumat vermiş, bunu qanunsuz adlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.