Dünya

Ukraynada daha bir azərbaycanlı öldürüldü - FOTO

10 Yanvar 2023 16:21
Baxış: 1 142
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada daha bir azərbaycanlı həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a mərhumun bacısı Təhminə Əkbərova məlumat verib.

Onun sözlərinə görə, Rusiya vətəndaşı, əslən Azərbaycanın Astara rayonundan olan qardaşı Fuad Fərman oğlu Əkbərov Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə həlak olub.

Qanun pozuntusuna görə məhkumluğu olan 37 yaşlı Fuad Əkbərovun "Vaqner" özəl hərbi şirkətinin tərkibində döyüşlərə qatıldığı bildirilir.

Təhminə Əkbərova qardaşının evli olduğunu və geriyə 3 azyaşlı övladının qaldığını qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.