Dünya

Ukrayna bu ərazidə uğur qazandı, ruslar panikaya başladı

10 Yanvar 2023 11:57
Baxış: 1 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hərbçiləri ruslara qarşı hücumlarını davam etdirir və Luqansk vilayətinin Kremennoy yaxınlığında uğur qazanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, hətta rus təbliğatçıları da artıq Ukraynanın Liman sektorunda hücumu bərpa etməyə hazırlaşdıqlarını bildirirlər:

"Yanvarın 8 və 9-da Rusiya və Ukrayna qoşunları Svatovo-Kremennoy xətti boyunca hücum əməliyyatlarını davam etdirdilər. Bu tarixlərdə Ukrayna ordusu Rusiya qoşunlarının Stelmaxovkaya (Svatovodan 15 km şimal-qərb-red) hücumlarını dəf edib. Ukrayna komandanlığının Kupyansk-Svatovo xəttində qüvvələrin rotasiyasını həyata keçirdiyini rusiyalı təbliğatçı Rıbarin də bildirib. Ukrayna Baş Qərargahı bildirib ki, rus qoşunları Makeyevka (Kremennoydan 22 km şimal-qərb-red), Beloqorovka (Kremennoydan 10 km cənub-red) və Krasnopopovka (Kremennoydan 6 km şimal-red) ərazilərinə hücum edib. Yanvarın 8-də Kremennoy bölgəsində şiddətli döyüşlər gedib və ruslar müdafiə xəttini saxlamaq üçün bu əraziyə bir neçə batalyon və ağır texnika yerləşdiriblər", - məlumatda deyilib.

Qeyd olunur ki, rus təbliğatçıları artıq Kremennoyda Ukraynanın hücumunun bərpasından danışaraq panikaya başlayıblar. Rusiyalı hərbi müxbirlər cəbhədəki hadisələrdən məyus olduqlarını gizlədə bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.