Dünya

Ukrayna savaşı İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası yaratdı

9 Yanvar 2023 18:12
Baxış: 972
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilib.

"7,9 milyondan çox insan ölkəni tərk edib, daha 5,9 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb", - Komissarlığının bəyanatında deyilir.

Bəzi rəqəmlərə görə, ümumilikdə fevralın 24-dən etibarən 17 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə gedib və təxminən 9,2 milyon qaçqın Ukraynaya qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.