Dünya

Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər

6 Yanvar 2023 15:42
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bununla belə, o da qeyd olunur ki, bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.

Eyni zamanda vurğulanır ki, müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.