Dünya

"Tesla" 25 mərtəbəli bina qədər yüksəklikdə uçurumdan düşdü - VİDEO

5 Yanvar 2023 01:31
Baxış: 1 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" 25 mərtəbəli bina qədər yüksəklikdə uçurumdan düşüb.

Milli.Az bildirir ki, hadisə ABŞ-da, Kaliforniyanın şimalında baş verib: avtomobil analoji faciələrlə məşhur olan Devil's Slide (Şeytanın enməsi) uçurumundan düşüb. Bu dəfə 75 metr hündürlükdən düşərək dörd sərnişin sağ qalıb, iki uşaq isə ümumiyyətlə xəsarət almayıb.

Bununla belə, polis sürücünü həbs etməyə hazırlaşır: onun intihar edib bütün ailəsini öldürmək niyyətində olduğuna dair şübhələr var.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.