Dünya

İstanbulda güclü duman: 48 reys ləğv edildi

2 Yanvar 2023 22:42
Baxış: 723
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulun Sabiha Gökçən hava limanına güclü duman səbəbindən 20-dən çox təyyarə eniş edə bilməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı DHA yayıb.

"22 təyyarə Sabiha Gökçən hava limanına qatı duman səbəbindən eniş edə bilməyib və İstanbul hava limanına göndərilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, hava limanının eniş zolağı bağlı olsa da, uçuş zolağı açıqdır.

***

İstanbulda yaşanan qatı duman səbəbindən Sabiha Gökçən hava limanı "Anadolujet"in 48 reysini ləğv edib. Belə ki, təyyarələrin həm enişinə, eyni zamanda uçuşuna icazə verilmir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.