Dünya

Küveyt ilk peykini kosmosa çıxaracaq

2 Yanvar 2023 18:36
Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küveyt ilk peykini yanvarın 3-də ABŞ-nin Florida ştatındakı platformadan orbitə çıxaracağını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Kuwait Sat-1" adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək.

İlk peyk layihəsinin direktoru Əhməd əl-Kəndəri bildirib ki, peyk yer kürəsinin ətrafında fırlanacaq. Cihaz görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək ayırdetmə qabiliyyətinə malik kamera ilə təchiz olunub.

Kəndəri bildirib ki, peykdən göndərilən görüntülər vasitəsilə alimlər dəniz kəşfiyyatı, neft çirkliliyi və onun təsirlərini araşdıracaq, memarlar isə şəhərlərin vəziyyətini müzakirə edəcəklər.

Onun sözlərinə görə, layihənin dəyəri 316 min Küveyt dinarı (1 milyon dollardan çox) təşkil edib. Layihə üzərində müxtəlif elmi dərəcə və ixtisaslara sahib, çoxu qadın olmaqla təxminən 67 nəfər çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.