Dünya

İran PUA-larla İsrailin “döyüş gəmisi”ni vurdu

1 Yanvar 2023 20:36
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran həftə sonu ölkənin cənubunda dronların da cəlb edilməsi ilə hərbi təlimlər keçirdiyini açıqlayıb. İran dövlət mediasının məlumatına görə, "Zülfüqar 1401" adlı təlimlərə liman və gəmilərin maketini hədəf alan "Əraş" və "Əbabil" kimi müxtəlif pilotsuz uçan aparatlar da (PUA) daxil edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, PUA-lar "Səhənd" esminesindən havaya qalxıb və sahildəki simulyasiya edilmiş hədəfləri "uğurla" vurub.

İsrailin "Yerusəlim Post" qəzeti bildirir ki, təlimlərdə İsrailin "Saar 6" gəmisinin maketi vurulub.

İran mediası bildirib ki, təlimlərdə müxtəlif döyüş, kəşfiyyat və digər tipli pilotsuz uçan aparatlardan istifadə edilir. "Əbabil 5" PUA-larının təlimlərdə özlərini "yaxşı cəhət"dən göstərdiyi bildirilir.

İRNA-nın xəbərində deyilir ki, "Əbabil 5" PUA-ları bu yaxınlarda İran Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib və ilk dəfə olaraq ordunun illik təlimlərində istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.