Dünya

Kiyevə raket zərbələri endirilib, ölən və yaralananlar var

31 Dekabr 2022 19:20
Baxış: 848
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Ordusu Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib, ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kiyev meri Vitali Kliçko şəhərin Solomensk, Peçersk və Qoloseevsk rayonlarında partlayışların və dağıntıların olduğunu bildirib, hava hücumu xəbərdarlığı ləğv olunana qədər sakinləri sığınacaqlarda olmağa çağırıb.

Solomensk rayonunda 1 nəfər həyatının itirib, xəsarət alan 3 qadın və 2 kişi xəstəxanaya yerləşdirilib.

Nikolayev şəhərində də partlayışlar qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.