Dünya

Pentaqon: “Çin qırıcısı ABŞ kəşfiyyat təyyarəsinin 6 metr yaxınlığında uçub”

30 Dekabr 2022 07:57
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çinə məxsus "J-11" qırıcısı ötən həftə Cənubi Çin dənizi üzərində ABŞ-ın "Boeing RC-135" kəşfiyyat təyyarəsinin 6 metr yaxınlığında uçub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı bəyanat yayıb.

Bildirilib ki, Çın qırıcısının təhlükəli manevri toqquşma riski yaradıb.

Bəyanatda qeyd olunub ki, ABŞ təyyarələri bundan sonra da beynəlxalq hüquqa uyğun olaraq bütün gəmilərin və təyyarələrin təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.