Dünya

63 yaşlı kişi 29 yaşlı arvadını öldürdü - Qəribə səbəb

30 Dekabr 2022 06:44
Baxış: 2 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Kastelvetrano kommunasının 63 yaşlı sakini Ernesto Favara 29 yaşlı arvadı Maria Amatuzzonu ondan ayrılmaq istədiyi üçün bıçaqlayaraq öldürüb.

Milli.Az bildirir ki, bu barədə "QdS" məlumat yayıb.

İlkin məlumata görə, Amatuzzo əri ilə münasibətini kəsərək başqa yerə yaşamağa gedib. O, bir neçə gündən sonra əşyalarını götürmək üçün qayıdıb. Favara qadına hücum edərək onun qarnına 12 bıçaq zərbəsi vurub. Amatuzzo ağır xəsarətlərdən ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları Favaranı əlindəki mətbəx bıçağı ilə tutublar. Həmin şəxs dindirilib, lakin o, vəkilsiz ifadə verməkdən imtina edib. Daha sonra dindirmə müstəntiq hakimi, prokuror və vəkilin iştirakı ilə keçirilib. Favara nəzarətə götürülüb və polis əlavə araşdırma aparır.

Cütlük beş ildən çox birlikdə yaşayıb. Onların iki əkiz qızı, həmçinin Amatuzzonun əvvəlki evliliyindən iki övladı olub. Uşaqlar bir ilə yaxındır ki, uşaq evində yaşayıblar. Favaranın da əvvəlki nikahdan iki övladı olub. Kişinin keçmiş həyat yoldaşı xəstəlikdən dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.