Dünya

“Taliban”dan qadınlarla bağlı daha bir qadağa

24 Dekabr 2022 14:19
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu qadağa həmçinin professor-müəllim heyətinin nümayəndələrinə də aid edilib.

"Taliban" göstəriş verib ki, ölkə universitetlərində çalışan qadın müəllimlər və inzibati işçilər bu gündən (24 dekabr) iş yerlərində görünməsinlər, işə gəlməsinlər.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadınların universitetlərdə təhsil alması qadağan edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.