Dünya

Birgə yaşadığı qadının qardaşı qızını zorlayıb öldürdü

22 Dekabr 2022 19:18
Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada 1975-ci ildə birgə yaşadığı qadının 15 yaşlı qardaşı qızını öldürüb təcavüz edən cinayətkar mühakimə olunub.

Milli.Az bildirir ki, bu barədə Sky News xəbər verib.

Jaklin Montqomerinin cəsədi atası tərəfindən Londondakı ailə evində aşkar edilib. Qıza təcavüz edilib, o, bıçaqlanıb və boğularaq öldürülüb. Əsas şübhəli dərhal o vaxt 28 yaşında olan Dennis Makgrori olub. Kişi çox içib və şiddətli xasiyyəti ilə məşhur olub. İstintaqın məlumatına görə, o, Montqomerinin evinə daha əvvəl tanış olduğu Jaklinin Coz adlı xalasını axtardığı üçün gəlib. Qız, qohumunun harada olduğunu Makqroriyə deməyib və onun qəzəbinin qurbanı olub.

47 il əvvəl Makqrori həbs olunub, lakin məhkəmə şübhəlinin günahına dair birbaşa sübut tapmadığı üçün bir il sonra zorlama və qətl işinə xitam verib. Cinayətkarın özü də əməlini etiraf etməyib. Kişidə o vaxt Jaklinin gündəliyindən cırılmış bir səhifə tapılıb. Həbs zamanı onun üzündə, qollarında və sinəsində polis çoxsaylı cızıqlar, qançırlar və mübarizənin digər əlamətlərini tapıb. Həmin şəxs bir qrup naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

Bununla belə, müstəntiqlər mərhumun meyitindən əldə etdiyi bioloji materialları saxlayıblar və son 7 ildə onların həmkarları yenidən araşdırma aparıb. Nəticədə DNT testi aparılıb və qızı öldürənin Makqrori olduğunu təsdiqləyən əlavə dəlillər tapılıb. 74 yaşlı qoca qatili günahkar bilmək üçün Hantinqdonda münsiflər heyətinə üç saat lazım olub. Yekun hökm 2023-cü ilin yanvarında veriləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.