Dünya

20 yanvar faciəsini törədən ordunun Baş Qərargah rəisi öldü

18 Dekabr 2022 16:33
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub. O, bu vəzifəyə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər çalışıb. Həmin ilin avqustun 23-də SSRİ-nin Müdafiə Naziri təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.