Dünya

Dünyanın keçmiş bir nömrəli tennisçisi həbsxanadan azad edildi

16 Dekabr 2022 21:00
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyalı keçmiş tennisçi, vaxtilə dünyanın bir nömrəli raketka ustası olan Boris Bekker Britaniyada həbsdən azad edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, altıqat Böyük Dəbilqə çempionu əcnəbiləri vətənlərinə deportasiya etməklə yerli həbsxanaların yükünü azaltmaq üçün nəzərdə tutulmuş proqram çərçivəsində sərbəst qalıb.

2022-ci ilin aprelində Bekker müflis elan edildikdən sonra yüz minlərlə funt sterlinq dəyərində aktivlərini gizlətdiyinə görə mühakimə olunub və iki il yarım  müddətinə azadlıqdan məhrum edilib. Alman bütün ittihamları rədd edib, hətta iflas prosesinin bir hissəsi olaraq toy üzüyünü də təklif edib.

Xatırladaq ki, 2002-ci ildə Almaniyada Boris Bekker vergidən yayınmaqda təqsirli bilinib və buna görə şərti həbs cəzası alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.