Dünya

“Twitter” Norveçlə Nigeriyanı səhv saldı - FOTO

14 Dekabr 2022 15:10
Baxış: 681
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Twitter" sosial şəbəkəsinin əməkdaşları Norveç Xarici İşlər Nazirliyinin səhifəsini Nigeriya hökumət təşkilatının hesabı kimi qeyd ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Norveç XİN məlumat yayıb.

"Hörmətli "Twitter"in texniki dəstək xidməti, Nigeriya ilə əla ikitərəfli əlaqələrimizə və əlifba sırasına görə yaxın qonşuluğumuza baxmayaraq, bizi Norveçin hökumət təşkilatı kimi qeyd edə bilsəniz, çox minnətdar olarıq", - qurum öz sosial şəbəkə səhifəsindən "Twitter"ə müraciət edib.

XİN Norveçin xarici işlər naziri və baş nazirinin səhifələrində də eyni düzəlişi etməyi xahiş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.