Dünya

Oxatan bürcündəki ulduz toplusunun şəkli yayıldı - FOTO

14 Dekabr 2022 01:22
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA-nın "Hubble" kosmik teleskopu unikal foto çəkib.

O, bu dəfə Oxatan bürcündə yerləşən NGC 6530 ulduz toplusunu təsvir edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

NGC 6530 Yerdən 4 min işıq ilindən çox məsafədə yerləşən bir neçə min ulduzdan ibarət topludur. O, nəhəng qaz və toz buludu olan Laqun dumanlığının içərisində yerləşir.

Şəkil "Advanced Camera for Surveys və Wide Field Planetary Camera 2" kameralarından istifadə edilməklə çəkilib.

Alimlər bu görüntülər sayəsində ulduzların doğulması prosesinin başlanğıcını göstərən proplodların yeni nümunələrini tapmağa ümid edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.