Ceff Bezos və İlon Mask Azərbaycana gələ bilərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Burada NASA Kosmik Agentliyinin nümayəndələri də olacaq. Ceff Bezos, İlon Mask kimi tanınmışlar bu konqresə gələ bilərlər. Mərkəzi Asiya, xüsusilə Qafqazdan olan iştirakçılar çoxluq təşkil edəcəklər. Böyük şirkətlər burada öz biznes imkanlarını müzakirə edəcəklər".
Milli.Az xəbər verir ki, bunu 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlandırma məqsədilə keçirilən tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O, qonaqların viza məsələsində üzləşə biləcəyi çətinliklərdən də söz açıb:
"Qonaqların viza məsələsi, nəqliyyatla bağlı çətinliyi ola bilər. Əziz səfirliklər, xahiş edəcəyəm ki, onlara dəstək olasınız. Bu konqres üçün platforma yaradılacaq və onun vasitəsilə çalışacağıq ki, viza məsələsi elə hava limanında həll olunsun.
Konqres bir həftə davam edəcək və 6 oktyabrda başa çatacaq. BAF-nin kosmonavtları ilə birgə 28 sentyabrdan etibarən biz tədbirlərə başlayacağıq".
Qurum rəhbəri diqqətə çatdırıb ki, Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində sərgilər təşkil ediləcək:
"Müxtəlif ölkələrin təşkilatlarının stendinə yer veriləcək. Biz müqaviləyə əsasən, pavilyonu binalara yaxın qurmalıyıq. Onun 70 faizi müxtəlif ölkələrə artıq satılıb. Kosmik sahədə milli administrasiyalar sərgiyə qatılmağa maraqlıdırlar. Səudiyyə Ərəbistanı, Türkiyə, Braziliya kimi ölkələrdən sərgidəki yerlərin bir hissəsini artıq alıblar. Onlara səfirliklərdən dəstək lazım olacaq. Çünki ölkələr böyük nümayəndəliklərlə gələcəklər".
"Biz istərdik ki, bu konqresi elə bir yerdə keçirək ki, dövlət qurumları, siyasətçilər, müvafiq nazirlik nümayəndələri Bakıya gəlsinlər və kosmosun əhəmiyyətini anlaya bilsinlər. Bu, Azərbaycanda ən böyük tədbirlərdən biri olacaq. Bunun üçün xüsusi bir komitə yaradılıb", - deyə Saməddin Əsədov əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Aleksandar Vuçiç istefa verib
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı





