Dünya

Bu, bizə imkan verir ki, dünya liderləri arasında olaq - Putin

2 Dekabr 2022 21:52
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyanın malik olduğu texnologiyalar ona digər nüvə gücləri arasında uzunmüddətli strateji rəqabət qabiliyyətini təmin edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Bu gün Rusiyada nüvə enerjisindən istifadə üçün elə texnologiyalar var ki, onlar bizim ölkəmizi nüvə klubunun digər üzv ölkələri arasında uzunmüddətli strateji rəqabət qabiliyyəti ilə təmin edir", - Putin vurğulayıb.

O əlavə edib ki, dövlət korporasiyasının əldə etdiyi bəzi nailiyyətlər həqiqətən sıçrayış xarakteri daşıyır və bu, Rusiyaya nüvə enerjisi üzrə dünya liderləri sırasında olmağa və bir sıra mühüm sahələrdə texnoloji müstəqilliyi təmin etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.