Rusiyada, Krasnoyarsk diyarının Razdolinsk kəndində müəllimə məktəbdə doqquz yaşlı uşaqla dava edib.
Milli.Az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin Telegram kanalında məlumat verilib.
Şöbədən izah ediblər ki, münaqişə ilə bağlı müəllimə və şagirdin valideynlərindən polisə ifadələr alınıb.
Müəllimə və uşağa aldıqları xəsarətlər barədə danışdıqları üçün məhkəmə-tibbi ekspertizadan keçmək üçün göndəriş verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, doqquz yaşlı şagirdin ailəsi yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlərin qeydiyyatında deyil. Polis əməkdaşları hadisənin digər halları ilə bağlı araşdırmaları davam etdirir.
İrfan Vəliyev
Milli.Az