Dünya

Bayden: "Mən Putinlə danışmağa hazıram, əgər..."

2 Dekabr 2022 08:02
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə ki, o, Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Politico"nun jurnalisti Eli Stokols tviterdə yazıb.

"Mən Putinlə danışmağa hazıram, əgər həqiqətən də onda maraq varsa - o, müharibəni bitirmək üçün yol axtarır. Hələlik o, bunu etməyib", - ABŞ lideri bildirib.

Bayden onu da əlavə edib ki, onun Putinlə danışıqları yalnız NATO müttəfiqlərinin belə bir təşəbbüsü təsdiqlədiyi halda mümkündür.

Prezident vurğulayıb ki, Rusiya Prezidenti "bütün məqamlar üzrə səhv hesablamalar aparıb" və onun Ukrayna üzərində qələbəsi ilə bağlı fikirlərini "təsəvvür etmək belə mümkün deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.