Dünya

İrandakı aksiyalarda ölənlərin sayı 448-ə çatdı

30 Noyabr 2022 09:55
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda sentyabrın ortalarından davam edən etiraz aksiyaları zamanı azı 448 nəfər öldürülüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Iran Human Rights" (IHR) təşkilatı yayıb.

Məlumata görə, 448 nəfərdən 60-ı 18 yaşından kiçik uşaqlar, 29-u isə qadındır.

Bildirilir ki, təkcə ötən həftə ərzində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarında 16 nəfər qətlə yetirilib ki, onlardan 12-si kürdlərin yaşadığı bölgələrdə öldürülüb. Həmin ərazilərdə etirazların daha kəskin olduğu vurğulanıb.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.