Dünya

Oğurluq zamanı öldü

29 Noyabr 2022 20:30
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatının Varanasi şəhəri yaxınlığındakı kəndlərdən birində oğru cinayət törətmək istəyərkən qapıda ilişib və ölüb.

Milli.Az bildirir ki, bu barədə "Siasat" xəbər verib.

30 yaşlı Djaved sifarişlərin olmaması səbəbindən iki gündür bağlanan toxuculuq fabrikinə girməyə çalışıb. Djaved qapının üstündə qıfıl olduğunu bilməyib və qapının ağzında ilişib qalıb. Oğrunun başı qapının arasında, meyiti isə çöldə qalıb. Hadisə nəticəsində kişi dünyasını dəyişib. Bir müddət sonra polis cəsədi taparaq yarılma üçün meyitxanaya aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq faktını araşdırır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.