Dünya

Ona keçəl deyən dostunu öldürdü

28 Noyabr 2022 19:24
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatının Hardoy şəhərinin sakini bayram tədbirində dostunu onu keçəl adlandırdığı üçün öldürüb.

Milli.Az bildirir ki, bu barədə "Siasat" xəbər verir.

Uşaqlıq dostları Avinaş Kumar və Sunil Kumar bayramda bir araya gəliblər. Şam yeməyində Sunil Avinaşa "keçəl" deyib. Dostlar arasında mübahisə baş verib.

Mübahisə zamanı Avinaş Sunili şənlik keçirilən binanın damından itələyib. Ağır bədən xəsarətləri alan yoldaşı təcili xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.

Avinaş qaçmağa çalışsa da, yerli sakinlər onu yaxalayaraq polisə təhvil veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı cinayət işi açıb. Saxlanılan şəxs polisə bildirib ki, affekt vəziyyətində dostunu damdan atıb və onu öldürmək niyyətində olmayıb.

Avinaş və Sunilin tez-tez birlikdə vaxt keçirdikləri bildirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.