Dünya

Türkiyə Filippinə iki “Atak” verdi

26 Noyabr 2022 08:24
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi iki ədəd "T129 Atak" hücum helikopterini ölkəyə təhvil verib.

Bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi altı helikopterdən ibarət partiyanın ikinci və üçüncüsüdür. Daha iki helikopter dekabrda sınaqları başa çatdıqdan sonra ölkəyə təhvil veriləcək.

Ümumilikdə TÜSAŞ müxtəlif hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş 75 ədəd "T129 Atak" helikopterini Filippinə çatdırıb.

"T129" hücum helikopteri "Agusta A129 Mangusta" platforması əsasında Avropanın "AgustaWestland" konserni ilə birgə hazırlanıb.

Helikopter gündüz və gecə saatlarında isti və yüksək dağlıq ərazilərdə quru qoşunlarına və kəşfiyyat missiyalarına atəş dəstəyi vermək üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.