Dünya

İnternetdə tanış olduğu kişiyə qaçan qadının parçalanmış meyiti tapıldı

26 Noyabr 2022 04:44
Baxış: 1 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peruda Meksikadan sevgilisini ziyarətə dəvət edərək onu öldürüb orqanlarına satmaq istəyən şəxs tutulub.

Milli.Az bildirir ki, bu barədə "VICE" məlumat yayıb.

51 yaşlı Blanka Arellano 37 yaşlı Xuan Pablo Xesus Villafuerte ilə onlayn tanış olub. Qadın ciddi münasibət üçün kişi axtarıb və Perulu ona layiqli seçilmiş biri kimi görünüb. Onlar bir neçə ay danışıblar və oktyabrın sonunda Villafuerte meksikalını şəxsən danışmaq üçün Limaya dəvət edib. Qadın oktyabrın 31-də başqa ölkəyə uçub.

Əvvəlcə Arellano qohumlarına həqiqətən aşiq olduğunu və şəbəkədəki sevgilisi ilə münasibətlərinin nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini yazıb. Lakin noyabrın 7-dən sonra qohumları ondan xəbər ala bilməyib. Meksikalı qadının qardaşı qızı Karla Villafuerte ilə əlaqə saxlayıb və bibisinin yaxşı olub olmadığını soruşub.

Kişi Arellanonun "arzuladığı həyatı təmin edə bilməyəcəyinə" qərar verdiyi üçün ayrıldıqlarını söyləyib. O, qadının getdiyini və yəqin ki, vətəninə qayıtmağa çalışdığını da deyib. "Ümid edirəm ki, o, yaxşıdır, amma mənim edə biləcəyim başqa bir şey yoxdur. Bunu kədərlə deyirəm. Əminəm ki, onun telefonu xarab olub və ya batareyası bitib", - deyə onun mesajında ​​deyilib.

İtkin düşən qadının yaxınları Peru polisinə müraciət edib, polis dərhal axtarışa başlayıb. Noyabrın 10-da Limadan 150 kilometr şimalda yerləşən Uaço çimərliyində kəsilmiş barmaq tapılıb. Barmağında gümüş üzük olub. Daha sonra sahildə eybəcərləşmiş baş və orqanları olmayan qadın gövdəsi tapılıb.

Mərhumun barmağında tapılan üzüyün Arellanoya məxsus olduğu məlum olub. Qadının internetdə olan keçmiş sevgilisi noyabrın 17-də saxlanılıb. "Xuan Pablo Villafuerte insan orqanlarının alveri ittihamı ilə həbs edilib", - Perunun baş prokuroru yerli mediaya müsahibəsində deyib.

Sonradan məlum oldu ki, Villafuerte həkim olmaq üçün təhsil alır. O, TikTok səhifəsində Arellano yoxa çıxdıqdan sonra bir neçə gün ərzində insan orqanları ilə videolar yayımlayıb. Polis onun mənzilində qan izləri aşkar edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.