Dünya

Qüdsdə iki partlayış baş verib, ölən var - YENİLƏNİB - VİDEO

23 Noyabr 2022 12:06
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:06

Qüdsdə törədilmiş partlayışlarla əlaqədar 3 fələstinli həbs edilib.

"Report" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, yaralananlardan biri ölüb.

-------

11:04

Qüds şəhərində səhər saatlarında birbirinə yaxın iki ərazidə partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə "Jerusalem Post"məlumat yayıb.

Partlayışlar nəticəsində azı 18 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Yerli polis hadisənin avtobus dayanacağında qoyulmuş çantada partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi ehtimalını irəli sürüb.

İlk partlayış avtobus dayanacağında parke edilmiş skuterdə baş verib. Bundan az sonra Qüdsün Ramot qovşağında daha bir partlayışın baş verdiyi barədə xəbərlər yayılıb.

Partlayışın səbəbi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.