Dünya

Bu, Türkiyənin nə qədər güclü olduğunu göstərdi

20 Noyabr 2022 18:31
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə güvən ölkəsidir, ona zərər verməyə çalışanlar bunun əvəzini ödəyəcəklər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik İstiqlal küçəsindəki teraktdan danışarkən deyib.

"Təhlükəsizlik qüvvələrimiz çox sürətli iş ilə cinayətkarı yaxalaya bildi. Bu hadisə Türkiyənin terrorla mübarizə imkanlarının nə qədər güclü olduğunu göstərdi. Burada hamımız həyatı normal vəziyyətə qaytarmaq üçün səy göstərdik", - Çelik söyləyib.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.