Dünya

SEPAH texnikaları Soyuqbulağa yeridildi

20 Noyabr 2022 14:31
Baxış: 1 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ağır hərbi texnikaları Soyuqbulaq şəhərinə yeridilib.

Milli.Az xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hazırda şəhərin hər yerindən atışma səsləri eşidilir.

Təsdiqlənməmiş məlumatlara görə, bir etirazçı ölüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, bundan öncə İran ordusunun Şərqi Azərbaycan əyalətinə yeridildiyini əks etdirən görüntülər də yayılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.