Dünya

Məclisdə qardaşını öldürdü

19 Noyabr 2022 18:44
Baxış: 3 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, Moskva vilayətinin 39 yaşlı sakini məclis zamanı kiçik qardaşını öldürüb.

Milli.Az bildirir ki, kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə ittiham irəli sürülüb.

"17 noyabr 2022-ci il tarixində birgə spirtli içki qəbulu zamanı şübhəli şəxslə qardaşı arasında münaqişə baş verib, bu zaman kişi qohumunu döş qəfəsindən bıçaqlayıb. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə məlumatda bildirilir.

Hadisənin şahidi həmin şəxslərin qohumu olub. O, təcili yardım və polis çağırıb. Şübhəli saxlanılıb, dindirilmə zamanı günahını etiraf edib və baş verənlərin təfərrüatlarını bölüşüb. İstintaq şübhəlinin tutulması üçün ərizə vermək niyyətindədir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.