Dünya

Məşhur aktrisaya atəş açılıb

17 Noyabr 2022 15:15
Baxış: 1 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ulduz desantı" filmin aktrisası və ulduzu Deniz Riçards yolda atəşə tutulub.

Milli.Az bildirir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə noyabrın 14-də baş verib. Aktrisa və həyat yoldaşı Aaron Faypers avtomobilləri ilə studiyaya gediblər. Cütlüyün arxasınca gedən sürücülərdən biri aktrisanın ərinin uzun müddət maşın saxlamaq üçün yer axtarmasını bəyənməyib. Daha sonra Faypers arxasınca gedən adama onu keçməyə icazə verib və üzr istəyib, lakin sürücü aktrisa və ərinə qışqırmağa başlayıb, bundan sonra o, onların avtomobilinə atəş açıb. Cütlük xəsarət almayıb.

Riçards studiyaya gələndə o, "əsəbi və hönkür-hönkür ağlayırdı". Onun həmkarları 911-ə zəng edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.