Dünya

72 yaşlı qadın onun təklifini rədd edən qonşusunu güllələdi

17 Noyabr 2022 18:48
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da Florida ştatında yaşayan 72 yaşlı qadın onun təklifini rədd edən kişiyə altı dəfə atəş açdığı üçün ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az bildirir ki, bu barədə "Pensacola News Journal" məlumat yayıb.

25 sentyabr 2020-ci ildə Pensakola şəhərindən olan Yaqounda Qreys Buşbaum qonşusunu güllələyib. Amerikalı sağ qalıb və məhkəməyə bildirib ki, yaşlı qadın ona hədiyyə vermək istədiyini izah edərək mənzilinin qapısına gəlməsini istəyib. Yaxınlaşanda Buşbaum ona altı dəfə atəş açıb. Qadın, hadisə yerinə gələn polis əməkdaşlarına bildirib ki, qonşusu soyğunçuluq məqsədilə evə girməyə cəhd edib.

Həkimlər təqaüdçünün qurbanını xilas ediblər. Kişi daha sonra 2020-ci il sentyabrın 24-də Buşbaumun onu öpməyə çalışdığını deyib. Həmin an kişi öpüşməkdən imtina edib. Araşdırmadan sonra qadına ikinci dərəcəli adam öldürməyə cəhddə ittiham irəli sürülüb.

29 iyul 2022-ci ildə Buşbaum təqsirli bilinib. Noyabrın 9-da məhkəmə onu 25 ildən sonra şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququ ilə ömürlük həbs cəzasına məhkum edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.