Dünya

Suriyalı qadın İstanbulda bombanı belə qoyub - Yeni görüntülər - VİDEO

16 Noyabr 2022 11:18
Baxış: 4 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törədən Suriyaəsilli qadın terrorçu Ahlam Albashır saxlanılıb. O, PKK terror təşkilatının "Ayn el Arab" mərkəzindən terror aktı ilə bağlı göstəriş aldığını və hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığını etiraf edib.

Milli.Az bildirir ki, sözügeden qadın terrorçunun hadisə yerinə necə gəldiyini və hadisəni törətdikdən sonra qaçdığını əks etdirən yeni görüntülər yayılıb.

Həmçinin görüntülərdən qadının bir skamya üzərində əyləşdiyini, daha sonra bel çantasını orada qoyaraq uzaqlaşdığını görmək mümkündür.

Qeyd olunur ki, bombanı qoyan qadının hadisə yerinə gəlib-getdiyini lentə alan 1200 təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.