Dünya

Ruslar Donetskdə hücumu artırır

14 Noyabr 2022 13:43
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Donetsk vilayətində hücum əməliyyatları yaxın həftələrdə ora daha çox səfərbər edilmiş qoşunlar, eləcə də Xersondan çıxarılan qüvvələrin hesabına intensivləşəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, bölgədəki Ukrayna qüvvələri güclü təzyiqə məruz qalacaq:

"Kiyev Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq. Ruslar səylərə baxmayaraq, çətin ki, əhəmiyyətli döyüş uğurları əldə etsinlər. Rusiyanın səfərbər edilmiş hərbiçiləri özlərini kifayət qədər hazırlıqsız, zəif təchiz olunmuş və döyüşməyə çox həvəssiz olduqlarını göstəriblər. Onlar böyük qrup halında yox, əksinə doqquz aydır fasiləsiz döyüşən, canlı qüvvə və texnika itkilərinə məruz qalan, əsasən ruhdan düşmüş bölmələri əvəz etmək üçün fərdi və ya kiçik hissə kimi göndərilir".

Qeyd olunub ki, general Surovikinin ordunu genişmiqyaslı hücum, mexanikləşdirilmiş manevr müharibəsi aparmağa qadir bir qüvvəyə çevirə bilməsi ehtimalı çox azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.