Dünya

Şagirdi döyən müəllim işdən qovuldu - VİDEO

11 Noyabr 2022 04:44
Baxış: 3 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Dzerjinskdə 12 saylı məktəbdə riyaziyyat müəllimi uşağı bir neçə dəfə vurub.

Milli.Az bildirir ki, hadisə lentə alınıb, onu "Ni Mash" Telegram kanalı yayıb.

Kadrlarda müəllimin uşağın sinəsinə bir neçə dəfə yumruq vurması, sonra onun yerə yıxıldığı görünüb. Kişi öz hərəkətlərini "Direktorun yanına get!" sözləri ilə müşayiət edib.

Kanalın müəllifləri məktəb şagirdlərinə istinadən yazıb ki, müəllim hadisədən bir neçə saat sonra işdən çıxarılıb. Müəllimin aqressiyasının səbəbləri məlum deyil.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.