Dünya

ABŞ yeni sualtı dronunu təqdim etdi

8 Noyabr 2022 10:43
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika gəmiqayırma şirkəti "Huntington Ingalls Industries" (HII) "Remus 620" pilotsuz sualtı aparatını təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sualtı dron modul konstruksiyaya malikdir ki, bu da cihazın xüsusiyyətlərini dəyişməyə imkan verir.

Dronun ölçüləri və funksiyaları quraşdırılmış akkumulyator bölmələrinin sayından asılı olacaq. Üç bölmə cihazın 110 saat avtonom işləməsini təmin edir. "Remus 620" həmçinin iki faydalı yük moduluna sahibdir.

Şirkətin insansız sistemlər bölməsinin rəhbəri Dueyn Foteringemin sözlərinə görə, dron donanmanın pilotsuz sistemlərini birləşdirmək məqsədi daşıyan ABŞ Hərbi Dəniz Qüvvələrinin strategiyasına uyğun olmaq üçün sıfırdan hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.