Dünya

Dünyanın ən böyük təyyarəsi yenidən hazırlanır

8 Noyabr 2022 18:37
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın "Antonov" dövlət müəssisəsi Rusiya tərəfindən Qostomeldə dağıdılan dünyanın ən böyük təyyarəsinin əvəzinə ikinci An-225 "Mriya"nı inşa edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə müəssisənin baş direktoru Yevgeni Qavrilov bildirib.

"İşlər gizli yerdə aparılır. İkinci An-225 həm yeni hissələri, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin olunacaq", - Qavrilov deyib.

O qeyd edib ki, ikinci "Mriya" artıq 30 faiz hazırdır. İşin dəyəri 500 milyon avro qiymətləndirilir və Antonov aviaşirkətinin müvəqqəti yerləşdiyi Leypsiq/Halle Beynəlxalq Hava Limanı bunun üçün pul yığmağa kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.