Dünya

Türkiyədə daha bir avtobus qəzası - 3 ölü, 27 yaralı

7 Noyabr 2022 14:23
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Sivas şəhərində miqrantları daşıyan avtobus aşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 27 nəfər isə yaralanıb.

Məlumata görə, sürücü yağış səbəbindən idarəetməni itirib. 

Bununla yanaşı, avtobusun altında qalanların olduğu iddia edilir və bu səbəbdən də, ölən və yaralıların sayının artacağı istisna edilmir. 

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.