Dünya

Meksikada tələbələr güllələndi

5 Noyabr 2022 08:30
Baxış: 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın mərkəzində yerləşən Puebla ştatında naməlum şəxs gənclərə avtomatla atəş açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "El Milenio" qəzeti məlumat yayıb.

Zakatlan bələdiyyəsində baş verən silahlı hücumda iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil ala biləcəyini istisna etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.