Dünya

ABŞ kəşfiyyatı: İran Rusiyadan kömək istəyir

4 Noyabr 2022 23:00
Baxış: 1 220
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən xəbər verib.

Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir:

"Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər".

Qeyd olunub ki, eyni zamanda Moskvanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır.

CNN bildirib ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.