Dünya

Təyyarədə siqaret çəkdi, yanğın baş verdi

2 Noyabr 2022 18:28
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin "El Al" aviaşirkətinin təyyarəsində siqaret çəkmək istəyən sərnişin yanğın törədib.

Milli.Az bildirir ki, bu barədə Thaiger yazır.

Nəşrin məlumatına görə, insident Tel-Əvivdən Banqkoka uçan təyyarənin göyərtəsində baş verib. İsrail sakini siqaret çəkib qurtardıqdan sonra onu tualet kağızı və salfetlər olan zibil qutusuna atmaq qərarına gəlib.

Nəticədə tualetdə yanğın baş verib və tüstü siqnalı işə düşüb. Uçuş bələdçiləri və təyyarənin pilotu yaranmış vəziyyətə operativ reaksiya verib və yanğınsöndürənlər vasitəsilə yanğını söndürüblər.

Təyyarəyə və digər turistlərə heç bir ziyan dəymədiyindən aviaşirkətin nümayəndələri işə hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəlb etməmək qərarına gəliblər. Eyni zamanda yanğını törədən sərnişin İsrailə qayıtdıqdan sonra məhkəmə ilə üzləşə bilər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.