Dünya

8-ci sinif şagirdinin intihar səbəbi təəccübləndirir

3 Noyabr 2022 02:22
Baxış: 2 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Kalininqrad vilayətinin Qonçarovo kəndində səkkizinci sinif şagirdi anası ona veyp (siqaret) çəkməyi qadağan etdikdən sonra intihar edib.

Milli.Az bildirir ki, bu barədə "Amber Mash" Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar ertəsi, oktyabrın 31-də oğlanın anası növbəti dəfə onunla siqaretin zərərləri barədə söhbət edib. Bundan sonra uşaq qorxub və meşəyə gedib, daha sonra onun meyitini böyük qardaşı, onuncu sinif şagirdi tapıb. Mərhumun intihar prosesini telefonla lentə aldığı bildirilib.

Qeyd edək ki, bir neçə il əvvəl uşağın atası da öz həyatına son qoyub.

Yeniyetmənin intiharı barədə Kp.ru da məlumat yayıb. Lakin nəşrin mənbəsinin sözlərinə görə, hər şey Qonçarovo ilə həmsərhəd olan Domnovo kəndində baş verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.